Türkiyə Kubokunun sahibi bəlli oldu.

İqtisadiyyat.az xəbər verir ki, İzmir şəhərində oynanılan matçda "Fənərbağça" və "Başakşəhər" üz-üzə gəlib. Qarşılaşmadan 2:0 qalib ayrılan "Fənərbağça" 7-ci dəfə ölkə kubokunu qazanıb (1968, 1974, 1979, 1983, 2012, 2013, 2023).

Bununla da "Fənərbağça"nın 9 illik kubok həsrəti sona çatıb. Kuboku qazanan "Fənər" Super Kubok uğrunda ölkə çempionu "Qalatasaray"la üz-üzə gələcək.