Almaniyanın "Bavariya" komandasında çıxış edən mərakeşli futbolçu Noussair Mazraoui Fələstinlə bağlı paylaşımı ilə reaksiyaların hədəfinə çevrilib.

İqtisadiyyat.az xəbər verir ki, Xristian Demokrat Birliyinin (CDU) deputatı Yohannes Ştayqer futbolçunun klubla əlaqəsinin kəsilməsini və deportasiya edilməsini tələb edib.

Ştayqer "X" sosial media hesabında etdiyi paylaşımda "Nasistlərin Yəhudi Klubu adlandırdıqları "Kurt Landauer" işlərin bu şəkildə davam etməsinə icazə verə bilməz.  

"Hörmətli "Bavariya" klubu, xahiş edirəm onu dərhal qovun. Bundan əlavə, onun Almaniyadan deportasiyası üçün dövlətin bütün imkanlarından istifadə edilməlidir” deyə paylaşımında qeyd edib.

Mazrauinin "Bild" qəzetinə verdiyi açıqlamasında "Özümü və müdafiə etdiyimi izah etmək məcburiyyətində qalmağım həqiqətən məyusedicidir. Çöldə minlərlə günahsız insanın öldürüldüyü bir vəziyyət var. Mənim mövqeyim bu dünyada ədalət və sülh üçün çalışmağımdır. Bu, hər cür terrora, nifrətə və zorakılığa qarşı olmağım deməkdir. Ona görə də insanların niyə mənim haqqımda əksini düşündüklərini və niyə mən nifrət dolu qruplarla əlaqələndirildiyimi anlamıram. Günahsız insanlar hər gün öldürülür. Biz həqiqətən də bunun əleyhinə olmalıyıq və ona qarşı çıxmalıyıq. Bu, qeyri-insanidir" deyə bildirib.

Sosial media hesabında Məscidül-Əqsanın fotosunu yerləşdirərək və Qurani-Kərimdən sitat gətirərək Fələstinə dəstəyini ifadə edən Mazraui İbrahim surəsinin 42-ci ayəsini paylaşaraq, “Allahın zalimlərdən xəbərsiz olduğunu sanmayın" paylaşımını etmişdi.