"Panathinaikos" klubunun baş məşqçisi Fatih Terim Türkiyə millisinin və "Fənərbağça" klubunun üzvü Samet Akaydını heyətinə qatmaq istədiklərini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, baş məşqçi bunu "Olimpiakos"la keçirilən kubok matçının ardından mətbuat konfransında açıqlayıb.

"Fənərbağça"dan cavab gözlədiklərini bildirən Fatih Terim, "Müsbət və ya mənfi xəbərləri ən qısa zamanda alacağıq" deye bildirib.