"Everton" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"dən Yussef Şermitini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə təmsilçisi 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.

"Sportinq" Şermitinin satışından 15 milyon funt-sterlinq qazanacaq. Forvard ötən mövsüm Portuqaliya çempionatında 16 oyunda 3 qol vurub.