Everest dağından qayıdan və içərisində 6 nəfərin olduğu helikopter radarlardan itib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Nepalın Everest dağı bölgəsində 6 nəfəri daşıyan helikopterlə əlaqə kəsilib.

Everest zirvəsindən paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterdə 1 pilot və 5 xarici turist olub. Rəsmilər əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterin uçuş marşrutunda dəyişikliklər edildiyini bildiriblər. Məlumata görə, helikopterdəki 6 nəfərin axtarışına başlanılıb.