Bu gün, 31 may 2022-ci il tarixində, saat 15:00-da Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Heydər Əliyev Prospekti 10 ünvanında yerləşən Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yanğın-taktiki təlim keçiriləcək. 

Bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə məlumatında bildirilib.

Təlimin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğınlarla mübarizə üzrə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə hallar, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkar hazırlığının daha da artırılmasıdır.