Ermənistan Dövlət Gəlirləri Komitəsi ötən illə müqayisədə 24 faiz çox vergi və dövlət rüsumunu toplayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan  Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

"Ermənistanın Dövlət Gəlirləri Komitəsi 2023-cü ilin yanvar-iyun aylarında 1 trilyon 103,9 milyard vergi daxilolmaları və dövlət rüsumları toplayıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 216,7 milyard və ya 24,4 faiz, 2021-ci ilin analoji dövrünün göstəricisindən 353,7 milyard və 47,1% çoxdur", - məlumatda qeyd edilib.