Ermənistanda daha 203 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 270-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. İndiyədək 36 988 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 153 aktiv koronavirus xəstəsi var.report