Ermənistanda daha 263 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 319-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 836-ya çatıb. İndiyədək 35 476 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 756 aktiv koronavirus xəstəsi var.Report