Ermənistanda daha 197 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 075-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 884-ə çatıb. İndiyədək 38 631 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 291 aktiv koronavirus xəstəsi var.report