Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadıldı.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məhdudiyyətlər iyulun 13-nə qədər saxlanılacaq. Ölkədə hazırda “maska rejimi”dir. Bununla belə, müəssisələr, ticarət mərkəzləri, restoranlar açıqdır.

Ümumilikdə, Ermənistanda 15 281 nəfər koronavirusa yoluxub. Onlardan 258 nəfəri ölüb.