Lüksemburqa işgüzar səfəri çərçivəsində iyunun 20-də Ermənistan müdafiə naziri Suren Papikyan Lüksemburq Böyük Hersoqluğu parlamentinin sədri Klod Visler və parlamentin Müdafiə Komitəsinin üzvləri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüş zamanı Ermənistan və Lüksemburq arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.