Ermənistan Milli Assambleyasının sədri Alen Simonya və Assambleyanın üzvlərindən ibarət nümayəndə heyəti iyulun 10-13-də Parisə işgüzar səfərə gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Ermənistan-Fransa dostluq qrupunun rəhbəri, “Mülki müqavilə” fraksiyasından Vladimir Vardanyan, Sarqis Xandanyan, Arusyak Manavazyan, Tsovinar Xaçatryan və “Hayastan” fraksiyasından Armen Rustamyan daxildir.

Səfərin təfərrüatları tam açıqlanmayıb.