“Mançester Siti”ni çempionluğa daşıyan norveçli ulduz dünyanın ən çox qazanan idmançılarından biri olarkən, həm də atasına qazandırıb.

"Mançester Siti"dəki ilk mövsümündə möhtəşəm bir performans göstərən və 52 qolla komandanın  üç kubokla mövsümü başa vurmasında böyük rol oynayan Erlinq Holannın özü kimi sabiq bir "Mançester Siti" futbolçusu olan atası Alfie Holann oğlu sayəsində böyük gəlir əldə edib.

İqtisadiyyat.az Norveç mətbuatından "Finansavisen" istinadən xəbər verir ki, ata Holann sərvətinə bir sərvət əlavə edib.

Xəbərdə deyilir ki, bank hesablarına görə 20,1 milyon Norveç kronu qazanaraq 2021-ci ili tamamlayan Alfie Holann, 2022-ci ildə 52,5 milyon kron qazanıb. Bütün bu artımın səbəbi, yəqin ki, oğlunun “Mançester Siti”yə transferi sayəsində əldə etdiyi 71 milyon kronluq böyük gəlir olub.

Ata Holann mayın 5-də İsveçrənin Andermatt adlı dağ kəndinə köçüb.

Qeydlərə görə, İsveçrəyə köçmüş kimi görünən Alfie Holannın sərvəti 36,1 milyon SEK və 2021-ci ildə illik gəliri 5,9 milyon SEK olub. "Mançester Siti" ilə müqavilə imzaladıqdan sonra Forbes-ə görə ildə 52 milyon dollar qazanan Erlinq Holann dünyanın ən çox qazanan idmançılarından biri oldu, ata Holann isə bu müddətdə "Village 3" adlı yeni investisiya şirkəti qurub.