“Mançester Siti”nin ulduzu Erlinq Holannın eşq həyatı şəxsi həyatı qədər sirrlidir. Norveçli futbolçunun şəxsi həyatı haqqında çox az şey məlumdur.

Lakin Holannın eşq həyatı 2022-ci ilin noyabrında İspaniyada Izabel Hauqsenq Yohansen ilə görüntülənəndən sonra üzə çıxdı.

İzabel Hauqsenq Yohansen də norveçli ulduz kimi futbolçudur. O, doğma şəhəri "Bryne" üçün oynayır. "Bryne" akademiyasınds tanış olan ikili o vaxtdan bəri bir-birilərini tanıyırlar.

İqtisadiyyat.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Holann və Hauqsenq Yohansen on ildən artıqdır ki, dostdurlar, lakin norveçli hücumçu "Borussia Dortmund"da oynayarkən sevgili olublar.

Mənbə "The Sun"a bildirib ki, "Onların münasibətləri olduqca ciddi görünür. İzabel Erlinqi görmək üçün Almaniyaya və İngiltərəyə getdi. İndi onunla tətildədir". 

 İstanbulda Çempionlar Liqasının finalında kameralara tuş gələn cütlük Holannın "Mançester Siti"yə transferindən sonra daha tez-tez görüntülənir.