"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Holan yeni sponsorluq müqaviləsi ilə sərvətini artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, Amerika idman şirkəti norveçli ulduzla illik 24 milyon avroluq   müqaviləni yeniləməyə hazırlaşır.Norveçli ulduz hücumçu "Siti"nin heyətində 33 matçda 33 qol vurub, eyni zamanda 4 məhsuldar ötürmə edib. Haaland vurulan qollar, bonuslar və əlavə maddələr sayəsində qazancını artırmağa davam edir.

İdman geyim markasının norveçli ulduzla 24 milyon avroya anlaşdığı bildirilib. Müqavilə imzalandıqdan sonra Erlinq Holanın illik gəlirinin 50 milyonu keçəcəyi gözlənilir.