Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyev və Ankaranın taxıl sazişinin uzadılması səylərini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Von der Leyen "Twitter"dən məlumat verib.

Müzakirə NATO sammiti çərçivəsində baş tutub.

"Prezident Ərdoğanla yaxşı görüş keçirdik. Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılığını alqışlayıram. Biz həmçinin Ukraynaya davamlı dəstəyi və Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması, Aİ-Türkiyə əlaqələrinin gücləndirilməsi sahəsindəki səylərini müzakirə etdik", - Leyen qeyd edib.