"Biz prosesin belə getməsini istəmirik". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyə-Yunanıstan münasibətlərini şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Yunanıstanla əlaqələrə dair mühüm mesajlar verən Ərdoğan bildirib ki, hər iki tərəfin münasibətləri normallaşdırmaq istəyi var:

"Bizim tarixi keçmişimiz məlumdur. Biz prosesin belə getməsini istəmirik. Addımlarımızı müsbət istiqamətdə atmaq istəyirik. Onlardan xüsusilə istədiyim ən vacib mövzular. Qərbi Trakya problemlərinin həll olunmasını istəyirik. Səfirlərimiz bu məsələ ilə bağlı görüş keçirəcək. Daha  sonra isə liderlər olaraq bir araya gələcəyik və müvafiq addımlar atacağıq".