Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xəbər verir ki, görüşdə regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Türkiyə Prezident Administrasiyasından verilən açıqlamaya görə, prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və davamlı sülhün təmin edilməsi üçün səylər göstərir.

Prezident Ərdoğan bəyan edib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

Ərdoğan taxıl dəhlizinin yenidən qurulmasının və fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini söyləyərək, Ukraynada ən qısa zamanda atəşkəsin yaradılması və sülh üçün qapıların açılması lazım olduğunu bildirib.