Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında görüş başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, görüş hazırda Vahdettin köşkündə keçirilir.

İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.

*** 22:28

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Bu barədə Zelenski öz "Twitter" hesabında qeyd edib. Ukrayna prezidenti bildirib ki, onlar prezident Ərdoğanla sülh formulu, NATO sammiti, təhlükəsizlik zəmanətləri, Taxıl sazişi, Ukraynanın yenidən qurulması və Türkiyə və Ukrayna şirkətləri arasında müdafiə müqavilələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Liderlər Vahdettin köşkündə görüşəcək. İkitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş baş tutacaq.

Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Zelenski dünən Çexiyaya, bu gün isə Slovakiyaya səfər edib.