Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Həsən Şeyx Mahmud ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Türkiyə-Somali əlaqələri, terrorla mübarizə, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin terrorla mübarizədə Somalinin yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artacağını bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Somali ilə Efiopiya arasında narahatlıq doğuran gərginliyə Somalinin ərazi bütövlüyü əsasında son qoyulmalıdır.