Litvada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüş LITEXPO Sərgi Mərkəzində keçirilib.

Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri də iştirak edib. Ərdoğanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, Türkiyə Prezident Aparatının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun və prezidentin müşaviri Akif Çağatay Kılıç müşayiət edib.

Görüşün təfərrüatları açıqlanmayıb.