Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qeyd edilib ki, Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.

Prezident Ərdoğan dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.

Prezident Ərdoğan görüş zamanı İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

İclasda həmçinin İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınması qərara alınıb.