Litvada səfərdə olan Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında görüş olub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

"Seçkilərdə qələbəm münasibətilə təbriklərinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, məsləhətləşmələr vaxtıdır. Bu görüşü ilk addım kimi görürəm. Əvvəlki görüşlərimizi isinmə hərəkətləri idi. İndi isə yeni prosesə başlayırıq”, - Ərdoğan qeyd edib.

Bayden görüşdən əvvəl çıxış Türkiyə ilə bağlı açıqlamalar verib. O, Türkiyə tərəfinin İsveçin NATO-ya üzv olma protokolunu Milli Məclisə təqdim ediləcəyi açıqlamasından məmnunluğunu ifadə edib.

Bayden prezident Ərdoğana İsveçlə bağlı diplomatiyasına görə təşəkkür edib.

NATO Sammitini “tarixi” adlandıran Bayden alyansın müdafiəsini gücləndirmək öhdəliyini bir daha təkrarlayıb.