"Ankara Rusiya ilə müsbət münasibətləri davam etdirmək niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkiyə mətbuatına müsahibəsində bildirib.

"Rusiya ilə münasibətlərimizi müsbət istiqamətdə davam etdirəcəyik. Çünki biz Trakiyanın (Türkiyənin qərbindəki bir bölgə) qaz mərkəzinə çevrilməsi məsələsindən çox narahatıq", - deyə Ərdoğan qeyd edib.