"Qarabağda keçirilən "seçkilər" təkcə Azərbaycanı deyil, Ermənistanı da narahat edib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda türk mediasına müsahibəsində deyib.

"Orada "prezident seçkiləri"nin keçirilməsi cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Azərbaycan bunu hələ də vəziyyəti qızışdıran proses kimi qiymətləndirib. Xəbərdarlıqlar edilib, lakin buna baxmayaraq, heç nə dəyişməyib. Əksinə, proses davam etdi, bundan sonra Azərbaycan da addım atdı. Və o, əməliyyatını tez başa vurdu. Mənə məlumat verildi ki, 90-a yaxın mühüm hədəf vurulub", - deyə Türkiyə lideri qeyd edib.