Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NATO Zirvəsi" ilə bağlı paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, paylaşımda NATO Zirvəsinin nəticələri və önəminə toxunulub.

Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısını dəyərləndirərkən deyib:

"Bu gün uğurla başa vurduğumuz Vilnüs Sammiti terrorizmlə mübarizə, Avropa Birliyinə üzvlük prosesimiz və ölkəmizə qarşı sanksiyaların aradan qaldırılması, eləcə də NATO-nun çəkindiriciliyinin artırılması ilə bağlı yeni başlanğıclara və kritik qərarlara səbəb oldu. Millətimizin hüquqlarını və qanunlarını hər platformada güclü şəkildə müdafiə etməyə davam edəcəyik. Yaxın gələcəkdə hər bir inkişafın Türkiyənin rolunu, ağırlığını və gücünü daha da artıracağını birlikdə görəcəyik".