“İsveçdə müqəddəs kitabımız Qurana qarşı qorxaqcasına hücum İslamofobiyanın çatdığı qorxulu ölçüləri ortaya qoyur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Şimali Amerika Pakistan Mənşəli Həkimlər Dərnəyinin (APPNA) 46-cı İllik Konfransının Qala Şam yeməyinə göndərdiyi video müraciətində deyib.

Ərdoğan İsveçdə Quran təxribatı ilə bağlı artan islamafobiyaya diqqət çəkərək həmrəyliyə çağırıb.

"Türkiyə və Pakistan müstəsna əlaqələri olan iki qardaş ölkədir. Biz 6 fevral zəlzələləri zamaanı taleyüklü ortaqlığımızın son nümunəsinə bir daha şahid olduq. Pakistanlı qardaşlarımız göndərdikləri humanitar yardımla bir daha bizimlə olduqlarını göstərdilər”, - Ərdoğan qeyd edib.