Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm", - Ərdoğan "X"də qeyd edib.