"Bizim əsas məqsədimiz millətimizin problemlərini həll etmək və ona çarə tapmaqdır. Gündəmimiz isə inflyasiyanı azaltmaqdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gümüşhanedə keçirilən açılış mərasimində çıxış edib.

Əlavə edək ki, Türkiyədə iyun ayında illik inflyasiya 38,21%-ə enib. Ölkədə aylıq inflyasiya isə 3,92%-ə yüksəlib.