Çempionlar Liqasının finalında "İnter" klubunu məğlub edən "Mançester Siti" baş məşqçi Pep Qvardiolaya  bu mövsüm 3-cü kubokunu qazandırdı. İspan baş məşqçi bununla da 35-ci kubokunu qazanmış oldu.

İqtisadiyyat.az futbol tarixində ən çox kubok qazanan baş məşqçiləri təqdim edir.

İlk sırada 49 kubokla şotlandiyalı baş məşqçi Ser Aleks Ferquson gəlir. "Aberdin" və "Mançester Yunayted" klublarının çalışırmış baş məşqçi 2013-cü ildən heç bir komandanı idarə etmir

Siyahının 2-ci pilləsində rumıniyalı baş məşqçi Mirça Luçesku gəlir. Karyerasının böyük hissəsini Türkiyə və Ukraynada keçirən təcrübəli baş məşqçi 35 kubok qazanmağı bacarıb. Hal-hazırda "Dinamo Kiyev" klubunun baş məşqçisidir.

Bu mövsüm "Mançester Siti" ilə İngiltərə Premyer Liqası, İngiltərə kuboku və Çempionlar Liqasını qazanan ispaniyalı baş məşqçi Pep Qvardiola indiyədək 35 kubok qazanıb. "Barselona" "Bavariya" klublarını da çalışdırmış baş məşqçi hal-hazırda "Mançester Siti" klubunun baş məşqçisidir

Siyahının 4-cü pilləsində ukraynalı baş məşqçi Valeri Lobanvski qərarlaşıb. 2002-ci ildə dünyasını dəyişmiş baş məşqçi 30 kubok qazana bilib.

Siyahının 5-ci pilləsində almaniyalı baş məşqçi Otmar Hitzfeld qərarlaşıb. 28 kubok qazanan baş məşqçi "Bavariya" və "Borussiya Dortmund" klublarını çalışdırıb.

Portuqaliyalı baş məşqçi Xoze Mourinyo isə 26 kubok qazanıb. Sonuncu olaraq "Roma" klubu ilə Konfrans Liqası kubokunun sahibi olmuşdu.

 

"Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti isə karyerası boyunca 25 kubok qazana bilib.