Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1902 layihənin maliyyələşdirilməsinə 130,6 milyon manat həcmində güzəştli kredit verilib.

Bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb.

Məlumata görə, 2021-ci il ərzində ən çox məbləğdə güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatınının  siyahısı aşağıdakı kmidir.

1. “BankRespublika” ASC (Bank Respublika) – 20,3 milyon manat

2. “PaşaBank” ASC (PASHA Bank) – 17,5 milyon manat

3. “Ziraat Bank Azərbaycan” ASC – 17,3 milyon manat

4. “ABB” ASC (ABB) – 17 milyon manat

5. “Rabitəbank” ASC (Rabitabank) – 10,1 milyon manat