Dünən "Neftçi" klubu 2023/2024 mövsümünün formalarını ictimaiyyətə təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, forma təqdimatında Emin Mahmudovun iştirak etməməsi azarkeşlərin marağına səbəb olub. 

Yeni mövsüm forma təqdimatında  Emin Mahmudovun iştirak etməməsinin səbəbi məlum olub. Belə ki, futbolçunun klubla müqaviləsi başa çatdığından və hal-hazırda azad agent olduğundan forma təqdimatında iştirak etməyib.

Qeyd edək ki, klub kapitanı ilə yeni şərtlərlə müqavilə imzalamaq istəsə də, Emin Mahmudov tərəddüd etməkdə davam edir.