"Aleksandriya" komandasında çıxış edən Emil Mustafayev Azərbaycana görə Ukrayna millisində oynamaqdan imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi bu barədə "fanday.net" saytına müsahibəsində deyib.

Gənc vinger bildirib ki, Ukrayna Futbol Assosiasiyasından (UAF) təklif alsa da, bunu qəbul etməyib.