Azərbaycanın əməkdar güləş məşqçisi Tariyel Nəsibov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş mütəxəssis 73 yaşında dünyasını dəyişib.

Nəsibov dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub.