Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

ƏƏSMN-dən İqtisadiyyat.az-a verilən məlumata görə, bu ilin birinci rübündə də ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5 faiz artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir. 2023-ci ilin yanvar-mart aylarında əməkhaqqı fondunda daha 6 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.