"Napoli"nin yarımmüdafiəçisi Elif Elmas "Leypsiq"ə keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı makedoniyalı ilə 2027/28 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Elmas 2019-cu ilin yayından "Napoli"də çıxış edir. O, komandası ilə ümumilikdə 189 oyun keçirib, 19 qol vurub və 11 məhsuldar ötürmə verib.

Elmas yanvarın 1-dən yeni klubuna qoşulacaq. Neapol təmsilçisinin bu keçiddən 25 milyon avro qazanıb.