Aprel ayının 3-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə ARVK-nın Rəyasət Heyətinin üzvləri, dövlət və özəl qurumlarının, qeyri-hökümət təşkilatlarının, hüquq cəmiyyətlərinin və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib. 

Sonra açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, ARVK-da son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən, əhəmiyyətindən və ümumi fəaliyyətlərindən geniş söz açıb.

Sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən artıq bir sıra vəkillərin istifadə etdiyini və sözügedən təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini deyib.

Məqsədin vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir daha ifadə edib.

Həmçinin, ARVK-nın müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono ChatBot” süni intellektin istifadəyə veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcəkdir.

Tədbirin davamında “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.

Daha sonra qonaqların sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Qeyd edək ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.

 

1_a927be78169197a31b94b6bfb3f4af40.jpg

 

2_bb3b892aa1a0e194dac9a59ea9e53c9b.jpg

 

3_12a7fb4b307e70d16824e9596cc0a742.jpg

 

4_7a62b8ef26e10c4b6af9a3a4b943aa1d.jpg

 

5_dd3323f575b2adced92bf43af3404cdb.jpg

 

6_2617d135e1f888bb1267f29978308ba2.jpg

 

7_2978bfdc5036742f8f449f5e6949d2fe.jpg

 

8_8313d2f1604fa9c8e8a9678f72f6d3f9.jpg

 

9_c5aff4f335b716e88f89669a87b9845c.jpg

 

10_b895442e8631cce0bc0dfa33f4c60359.jpg

 

11_7c6fbbb59458c1b7933c319b829fd009.jpg

 

12_96a9877c60f07e3195ae72a98aaf1609.jpg

 

13_e1c818965a64ff87926f4e2f64b650dd.jpg

 

14_b8d5a074c1c1df14a42622aae6ebb80d.jpg

 

15_986b370543fd07facac93551057ff416.jpg

 

16_b5c2f62cdba6f2a47b6342b120ca609f.jpg