“Bakı bu gün dünyada fərqlənən brendə çevrilib”.

İqtisadiyyat.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı bu gün dünyada fərqlənən brendə çevrilib:

“Son 20 ildə şəhərdə çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb. Bu gün Bakı dünyanın ən tanınmış turizm mərkəzindən birinə çevrilib. Bakı inkişaf edir, gözəlləşir”.

E.Əzizov qeyd edib ki, Prezidentin siyasəti nəticəsində insanların yaşayış səviyyəsi yüksəlib:

“İnsanlar artıq şəhərə qayğı ilə yanaşırlar”.