Əlcəzairin “El Bayad” klubu faciə ilə üzləşib. Komandanı aparan avtobus yüksək liqanın 11-ci turunda “Kabilia” ilə səfər oyununa gedərkən qəzaya düşüb.

İqtisadiyyat.az xəbər verir ki, nəticədə köməkçi məşqçi Xalid Meftah və qapıçı Zakaria Buuziani hadisə yerində vəfat edib. Daha 10 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Əlcəzair Futbol Federasiyası faciə ilə əlaqədar ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan oyunları təxirə salıb