"Əl Nəsr" futbolçusu Anderson Taliska ilə müqaviləni uzadıb.

İqtisadiyyat.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər artırılıb.

Daha əvvəl Braziliyada "Bahia", Portuqaliyada "Benfika", Türkiyədə "Beşiktaş" kimi klublarda çıxış edən Taliska 2021-ci ilin yayından "Əl Nəsr"in formasını geyinir.

O, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 16 oyunda 16 qol vurub.