Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək istəyir.

Ərəblər "İnter"in xorvatiyalı yarımmüdafiəçisi Marselo Brozoviçi transfer etmək istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabrizio Romano məlumat yayıb.

"Əl-Nəsr" xorvatiyalı üçün İtaliya klubuna 15 milyon avro təklif edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları futbolçulara yüksək məvacib verdiyindən futbolçular orada çıxış etməkdə maraqlı olur.