Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu daha bir ulduzu heyətinə qatmağa yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Almaniyanın “Bavariya” klubunun hücumçusu Sadio Mane “Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşməsi gözlənilir.

Xatırladaq ki, Kriştianu Ronaldu, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular hazırda “Əl-Nəsr”də çıxış edirlər.