NATO-nun Finlandiyaya və ola bilsin ki, İsveçə qədər genişlənməsi fonunda Rusiyanın qərb cinahlarına hərbi təzyiq ikiqat artır və bu nə Avropa, nə də Avrasiya üçün yaxşı nəsə vəd edir.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bunu çinli ekspert çərşənbə günü "China Daily" qəzetinə yazdığı məqalədə bildirib. 

Zhejiang Xarici Tədqiqatlar Universitetinin professoru Ma Siaolinin sözlərinə görə, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq qərarı “Vaşinqton, Moskva və London arasında Yalta Konfransına əsaslanan təhlükəsizlik çərçivəsinin tam işlək olmamasından xəbər verir. Ekspertə görə, hadisələr hərbi ittifaqı daha şərqə doğru, Asiya-Sakit okean ölkələrinə doğru genişləndirməyə təşviq edə bilər.

“Bu, nə Avropa, nə Avrasiya, nə də Asiya-Sakit Okean üçün yaxşı nəsə vəd edir. Sadəcə regionda qarşıdurmaları və münaqişələri artıra bilər”, -o, xəbərdarlıq edib.