"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Bobbi Çarlton 86 yaşında vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Bobbi Çarlton "Mançester Yunayted", "Preston", "Vaterford", "Melburn", "Banqor Siti", "Nyukastl" və "Blektaun" klublarında çıxış edib. Həmçinin o, İngiltərə millisi ilə 1966-cı il dünya çempionatının qalibi olub. Yığmada 106 oyunda 49 qol vurub.