Azərbaycanın ədliyyə işçiləri və məhkəmə hakimləri Türkiyəyə 505 min manatlıq dəstək göstərib.
İqtisadiyyat.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, ədliyyə işçiləri, həmçinin apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri könüllü olaraq əmək haqlarından 505 min manatdan çox vəsaiti Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Şöbəsinin (AFAD) hesabına köçürüblər.