Türkiyənin "Fənərbağça" klubu Duşan Tadiçi heyətinə qatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komandanın saytında məlumat verilib. Azad agent olan oyunçu ilə 2 illik müqavilə imzalanıb. Tadiç "Fənər"dən ilinə 4 milyon 200 min avro qazanacaq. 

O, İstanbul klubunda 10 nömrəli formanı geyinəcək. 

Tadiç son olaraq "Ayaks"da forma geyinmişdi.