Çinin "LandSpace" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən "Juque-2" raketi uğurla kosmosa göndərilib.

İqtisadiyyat.az "South China Morning Post"a istinadən xəbər verir ki, "Juque-2" yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket olub.

Məlumata görə, raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton yük daşıma qabiliyyətinə malikdir. Bundan əlavə, raketin uzunluğu 49,5, diametri isə 3,35-dir.

Əlavə edək ki, sözügedən raketin dekabrın 14-də buraxılışı uğursuzluqla başa çatıb.