Əfqanıstanın pul vahidi Əfqani dünyanın ən sürətlə bahalaşan valyutalarından biri olub.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəlindən bəri əfqani ABŞ dollarına nisbətdə 14% bahalaşıb. Beləliklə, Əfqanıstan valyutasının bahalaşma sürətinə görə Kolumbiya və Şri-Lanka valyutalarından sonra üçüncü olub. Buna səbəb isə ticarətin artması, valyuta nəzarəti, nağd pul axını və digər pul köçürmələri olub.

 

Gözəl Həşimova