Azərbaycana bu ilin yanvar-avqust aylarında 52,5 milyon dollar dəyərində 121,5 min ton gübrə idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,41 %-ni təşkil edib.

 

Gözəl Həşimova